“Rusiya hakimiyyəti reaksiya verir, bütün siyasi qiymətlər verilib”
Rusiya tərəfi ABŞ hakimiyyətinin Rusiya mediası ilə bağlı məhdudiyyətlərinə cavab olaraq tədbirlər hazırlayır. AYNA xəbər verir ki, bu sözləri “Birinci Kanal”ın efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya hakimiyyəti reaksiya verir, bütün siyasi qiymətlər verilib. Cavab tədbirlərinə gəlincə, onlar hazırlanır”, - diplomat bildirib.
Qeyd edək ki, sentyabrın 13-də ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiyanın “MİA Rossiya Seqodnya”, “ANO TV-Novosti” və “NPO Avrasiya” media holdinqlərinə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.