Zaxarova: “Le Penin cəzalandırılması demokratiyaya sui-qəsddir”

Dünya

03.04.2025 - 20:59

“Le Pen son aylarda avropalı siyasətçilərə qarşı repressiyalar zəncirinin həlqələrindən biridir"

“Fransa siyasətçisi və sağçı “Milli Ralli” Partiyasının lideri Marin Le Penə hökm oxunması Avropa İttifaqında (Aİ) demokratiyaya sui-qəsddir”. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Aİ elitaları anti-Rusiya və müharibə tərəfdarı birliyə çevrilmələri çərçivəsində öz siyasi məkanlarını təmizləmək vəzifəsini öz üzərinə götürüblər. Le Pen son aylarda avropalı siyasətçilərə qarşı repressiyalar zəncirinin həlqələrindən biridir", - rusiyalı diplomat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş