“Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq"
“Avropa İttifaqı Ermənistandakı yeni mülki missiyanın parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verəcəyini gizlətmir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
XİN sözçüsü xatırladıb ki, "bu, artıq ikinci missiyadır. Qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq".
Zaxarova bildirib ki, "Moskva ümid edir ki, Ermənistan tərəfi yeni Aİ missiyasının ölkəni anti-Rusiya siyasətinə cəlb etmək üçün istifadəsinə icazə verməyəcək. Bəlkə də bu missiyanın köməyi ilə Ermənistan rəhbərliyi Avropa yolunda irəliləyişini sürətləndirməyə ümid edir".