Zaxarova: “ABŞ-ın sanksiya siyasəti Avropa İttifaqına zərbə vurur”

Dünya

28.06.2022 - 20:39

Rusiya XİN rəsmisi: “Sanksiyalar siyasəti təkcə Rusiya və Çinə qarşı deyil”

“ABŞ-ın sanksiyalar siyasəti təkcə Rusiya və Çinə qarşı deyil, həm də Avropa İttifaqı və bütövlükdə Avropaya zərbə vurur”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova “Rossiya 24” telekanalının efirində deyib.

"Ümumiyyətlə, son hadisələr və bu hadisələrin inkişafı onu göstərir ki, Vaşinqtonun tətbiq etdiyi yeni model təkcə Rusiya və Çinə qarşı deyil. Qərbin sanksiyalarının məntiqi olan “təzyiq, qarşılıqlı fəaliyyətin əsaslarının məhv edilməsi” təkcə Rusiya və Çinə qarşı yönəlməyib”, - Zaxarova qeyd edib.

XİN sözçüsü bildirib ki, Amerika siyasətinin konsepsiyası Avropa İttifaqına və bütövlükdə Avropaya təsir edir.

 

Müəllif: Ayna.az