Zaqatalada qəza: üç nəfər xəsarət alıb

Hadisə

29.01.2025 - 20:55

Həkimlər Klinikalar SEO Xidməti

Hər üç yaralı xəstəxanaya yerləşdirilib

Zaqatala-Muxax-Yuxarı Çardaqlar kənd yolunda qəza baş verib.

AYNA xəbər verir ki, Muxax kəndi sakini 22 yaşlı Vüqar Musayev sərt döngədə “VAZ 2106” markalı minik avtomobilinin idarəetməsini itirərək, qəza törədib. Nəticədə, özü ilə yanaşı həmkəndliləri - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər üç yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş