Zaqatalada evdə yanğın olub

Hadisə

22.09.2024 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Təcili tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı vaxtında alınıb

Gecə saatlarında Zaqatalanın Aşağı Tala kəndi ərazisindəki fərdi evlərdən birində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, nazirliyin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə gecə saatlarında Zaqatalanın Aşağı Tala kənd sakini Mehriban Əhmədovaya məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Görülən təcili tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı vaxtında alınıb.

Yanğın nəticəsində evin mətbəxinin tavan hissəsi və mətbəxdə olan bir sıra əşyalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş