Zaqatala və Qaxda elektrik enerjisi kəsilib

Xəbərlər

07.06.2024 - 23:35

cedabet dərman SEO Xidməti

Regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar

Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.

Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.

"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar. Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş