Zaporojyeyə hücum zamanı yaralananların sayı 113-ə çatıb

Dünya

09.01.2025 - 16:30

Həkimlər Klinikalar SEO Xidməti

“Xəstəxanalarda 59 yaralı var. Onlardan onunun vəziyyəti ağırdır

Yanvarın 8-də Rusiya aviasiyası tərəfindən endirilən bomba zərbələri nəticəsində Zaporojyedə yaralananların sayı 113-ə çatıb. AYNA xəbər verir ki, vilayət hərbi idarəsinin rəisi İvan Fedorov bildirib.  

“Xəstəxanalarda 59 yaralı var. Onlardan onunun vəziyyəti ağırdır. Ölənlərin sayı isə 13-dür”, - deyə Fedorov qeyd edib.

Qeyd edək ki, yanvarın 8-i günorta saatlarında Rusiya ordusu tərəfindən Zaporojye şəhərinə hücum edilib. Zərbə piyadaların və avtomobillərin sıx olduğu küçəyə endirilib. Yaşayış binaları, sənaye obyekti və digər şəhər infrastrukturuna ziyan dəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş