Birgə təlimlər çərçivəsində “Ali müşahidəçi günü” keçirilib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin komanda heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Ali müşahidəçi günü” keçirilib.
AYNA xəbər verir ki, nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, qalın qarlı və kəskin şaxtalı sahədə qardan düzəldilmiş sığınacaqlara baxış keçiriblər.