Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib - FOTOLAR

Xəbərlər

06.03.2024 - 20:53

cedabet dərman SEO Xidməti

Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib

Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib - Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib - Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş