Zakir Həsənov İordaniya Kralı ilə görüşüb

Xəbərlər

14.04.2024 - 19:18

Görüşdə İordaniya ilə hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını çatdırıb.

Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

Müəllif: Ayna.az