Zabratda təkər tullantıları toplanan ərazidə yanğın olub

Hadisə

11.01.2024 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

FHN Zabrat qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb

Zabratda təkər tullantıları toplanan ərazidə yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıları toplanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş