Yüz illərin yolçusu və 26 dərdin dərmanı olan su - FOTO, VİDEO

Maraqlı

20.01.2024 - 17:30

“Qan azlığına, üzün dərisinə, gözə, mədə-bağırsaq sisteminə xeyirdir”

İsmayıllı rayonu Lahıc qəsəbəsi Azərbaycanda misgərliyin vətəni sayılır. Nəsildən-nəsilə keçən bu sənəti Lahıcda bu gün də yaşadanlar var.

Onlardan biri də sənətin sirlərini hələ kiçik yaşlarından öyrənən İlqar İsmayılovdur. 30 ildir misgərliklə məşğul olan sənətkarın emalatxanası daha çox sərgiyə oxşayır. Burada yaşı yüz illərlə dayanan qədimi misgərlik nümunələri var.

Əksər ustalardan fərqli olaraq İsmayılov alıcı azlığından şikayət etmir. O, bütün enerjisini yeni mis əşyalar hazırlamağa sərf edir və əvvəl-axır alıcısının gələcəyinə inanır.

Emalatxanada ustanın yalnız özünə məxsus əl işləri də çoxdur. Bunlar orojinal dizaynda olan fərqli ölçüdə olan səhənglərdir.

AYNA-ya danışan İlqar usta bu səhənglərdə saxlanılan suyun tibbi cəhətdən çox faydalı olduğunu deyir: “Bunda su qalanda suyun mikrobunu da öldürür. Mis qabda qalan suyun 26 növ xeyri var. Qan azlığına, üzün dərisinə, gözə, mədə-bağırsaq sisteminə - bunların hamısına xeyirdir”.

“Sadaladığım xeyirli cəhətlərin hamısı təsdiq olunub. Həkimər gəlib alırlar mis qabları. Mis qabda qalan suyun dadı yeməyə də dad qatır”, - deyə müsahibimiz bildirir.

Sənətkar ən bahalı məhsulunu min manata satdığını söyləyir. Alıcıları arasında həm yerli, həm də əcnəbi turistlər var. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri, türkiyəli iş adamları və s.

Usta özəl olan əşyaları xaricilərə satmaqda maraqlı olmadığını deyir. İstəyir ki, hazırladığı xüsusi əşyalar ölkəmizdə qalsın. Bu səbəbdən yerli və xarici alıcılara münasibətdə müəyyən əşyaların qiymətlərini fərqli edir.

Yüz illərin yolçusu və 26 dərdin dərmanı olan su - Yüz illərin yolçusu və 26 dərdin dərmanı olan su - Yüz illərin yolçusu və 26 dərdin dərmanı olan su - Yüz illərin yolçusu və 26 dərdin dərmanı olan su -
Müəllif: İlham Mustafa