Bəzi kəndlərdə "toyuq başı kəsməyə kişi tapılmır" deyirlər
Almaniya əhalisi sürətlə azalan kiçik şəhərlərin boşalmasının qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirir. Hazırda belə bir layihə Almaniyanın Görlitz şəhərində şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir. "Şəhər sınağı" adlanan layihəsində iştirak edəcək qonaqlara bir ay pulsuz yaşayış və həmin müddətdə ixtisasa uyğun bir iş tapmaq imkanı da təklif olunur.
Görlitz şəhəri Almaniyadakı tarixi binaların qorunduğu az saylı şəhərlərdən biri hesab olunur. Hollivudda daxil olmaqla bir çox filmlərin çəkilişi üçün məşhur bir məkana çevrilməkdədir. Hər il bu kiçik şəhəri 140 min turist ziyarət edir.
Bununla yanaşı bələdiyyə ölkənin qərbindəki Almaniyanın böyük mərkəzlərinə davam edən sürətli köçün qarşısını almağa və yerli əhalini köçdən xilas etməyə çalışır. Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsi zamanı şəhər əhalisi gözlənilmədən 25% azaldı. Bundan başqa şəhərdə ciddi demoqrafiya böhranı da mövcuddur. Bundan başqa şəhər ölkədə ən aşağı əmək haqqı olan şəhərlər siyahısındadır.
Bələdiyyə yeni sakinləri cəlb etmək üçün "Şəhər sınağı" layihəsinə başlayıb. Layihədə iştirak üçün 150 ərizə təqdim edilib. Müraciətlərin 2/3-nin alman meqapolislərinin sakinləridır. Digər ərizəçilərin əksəriyyətini Macarıstan, Çexiya, ABŞ və İngiltərənin vətəndaşları təşkil edir. Onların hər birinin təkliflərinın maraq doğurduğu bildirilir. Hal-hazırda proqramın şərtlərinə əsasən mənzil ilə təmin olunmuş 54 abituriyent sınaq lahiyəsində işə başlayıb.
Proqramın əsas məqsədi təkcə şəhərə yeni sakinləri cəlb etmək cəhdi deyil, həm də həyatlarını şəhərlə bağlamağa qərar verənlərin nəyə ehtiyacı olduğunu və bu insanların nələri arzu etdiklərini müəyyənləşdirməkdən ibarətdir.
Azərbaycanın regionlarında bu sahədə daha ciddi problemlər mövcuddur. Bəzi kəndlərdə "toyuq başı kəsməyə kişi tapılmır" deyirlər. Elə kəndlər var ki, həmin kəndə il ərzində, nəinki bir nəfər turist, hec o kənddə doğulan və böyüyən məmur və ya kənd sakinlərinin səs verdiyi deputat belə, bir dəfə də olsun getmir.
Rayon və ya şəhər rəhbərliyinin təşəbbüsü ilə belə layihələrə görəsən nə dərəcədə maraq göstərilir!?
Əlövsət Əliyev