Ayla bağlı mühüm kəşf - <font color=red> Həyatın nişanəsi</font>

Maraqlı

25.07.2019 - 06:36

Su kreterlərinin sayı 12 minə çatır

 

Kaliforniya Universitetinin əməkdaşları çox əhəmiyyətli faktı üzə çıxarıb. Məlum olub ki, Ayın səthində düşündüyümüzdən də çox su var. AYNA bizimyol.info-ya istinadən xəbər verir ki, Yerin peykində nəhəng su ehtiyatları tapılıb. Sadəcə, ehtiyatlar buz halındadır.

 

Mütəxəssislər “Messenger” kosmik aparatı ilə müşahidə apararkən Merkuridə belə buz qatları görmüşdü. Oxşar qatlar Ayda da nəzərə çarpıb. Ayda bu cür kraterlərin sayı Merkuridən də çoxdur. Alimlər Merkuridə 2 min krateri tədqiq etmişdi. Ayda onların sayı 12 minə çatır.

 

Beləcə, Ayda milyon tonlarla buz qatlarının olduğu dəqiqləşib. Nəzərə çatdırırıq ki, su istər maye, istər buxar, istər buz halında olsa belə, canlı həyatın nişanəsidir. Ayda da bu şəraitə uyğunlaşmış canlılar ola bilər.

Müəllif: Ayna.az