Kosmonavtların təhlükəsizliyi üçün yeni sistem yaradılır

Maraqlı

05.07.2019 - 09:35

Ötən gün sistemi yoxlamaq məqsədilə boş kapsul raket daxilində kosmosa göndərilib

 

ABŞ Kosmik Tədqiqatlar Agentliyi (NASA) Aya göndərməyi planlaşdırdığı kosmonavtların təhlükəsizliyi üçün yeni sistem yaradıb. AYNA xarici mətbuata istinadən xəbər veiri ki, NASA gələcəkdə kosmik araşdırmalar üçün hazırladığı “Orion” kapsullarının (kiçik peyk) təhlükəsizlik sistemləri üzərində çalışır.

 

Kosmik raket hərəkətə başladıqdan sonra, hər hansı texniki problem yaranarsa, peyk kosmonavtların təhlükəsiz şəkildə xilas olması üçün raketdən ayrılır.

 

Ötən gün sistemi yoxlamaq məqsədilə boş kapsul raket daxilində kosmosa göndərilib. Uçuşun başlamasından bir neçə dəqiqə sonra kapsulu raketdən ayırıblar. Yerdən 10 km yüksəkdə olan kapsul saatda 480 km/saat sürətlə Atlantik okeanına düşüb.

 

Kapsulun təhlükəsizlik sistemi ilə məşğul olan heyətin rəhbəri Mark Kirasiç bütün yoxlamaların uğurla başa çatdığını deyib.

Müəllif: Ayna.az