“Yuxarı Lars” sel təhlükəsi səbəbindən bağlanıb

Dünya

08.08.2025 - 12:17

Bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Gürcüstandan Rusiyaya “Yuxarı Lars” keçid məntəqəsindən keçən yol bütün növ avtomobillər üçün bağlanıb. AYNA rus mediasına istinadən bildirir ki, səbəb isə sel təhlükəsidir.

Şimali Osetiyanın Fövqəladə Hallar Nazirliyindən (FHN) sürücülərə səfərlərini mövcud vəziyyətə uyğun planlaşdırmaq tövsiyə edilib.

“Gürcüstanda hava şəraitinin pisləşməsi, sel təhlükəsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü və Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınaraq, bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş