“Yuventus”un daha bir oyunçusunda koronavirus aşkarlanıb

İdman

09.01.2021 - 07:50

22 yaşlı oyunçu karantinə alınıb

 

İtaliyanın "Yuventus" klubunun futbolçusu Matteys de Liqt koronavirusa yoluxub.

 

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, protokolla nəzərdə tutulmuş yoxlamaların gedişatında hollandiyalı müdafiəçinin COVID-19 testinin nəticəsi müsbət çıxıb. 22 yaşlı oyunçu karantinə alınıb.

 

Qeyd edək ki, "Yuventus" yanvarın 10-da İtaliya A Seriyasının XVII tur matçında "Sassuolo"nu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Daha əvvəl COVID-19 Aleks Sandro və Xuan Kuadradoda aşkarlanıb.

Müəllif: Ayna.az