Yunanıstanda miqrantları daşıyan qayıq batıb

Dünya

03.04.2025 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Lesbos adası yaxınlığında qayığın batması nəticəsində yeddi nəfər ölüb

Yunanıstanın Lesbos adası yaxınlığında qaçqın və miqrantları daşıyan qayığın batması nəticəsində yeddi nəfər ölüb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, 23 nəfər xilas edilib. Hazırda həm quruda, həm də dənizdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.

Qayıqda neçə nəfərin olduğu barədə məlumat hələ verilməyib.

Axtarış-xilasetmə missiyasına Yunanıstan sahil mühafizəsinin üç patrul gəmisi və digər yardımcı texnikalar cəlb olunub. İtkin düşənlərin tapılması işinə helikopter də kömək edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş