Yunan-Roma güləşi üzrə millimiz rekorda imza atıb

İdman

11.10.2021 - 04:19

Həkimlər Klinikalar SEO Xidməti

Komandamız 6 illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

AYNA xəbər verir ki, mundialın son 4 günündə Yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Beləliklə, komandamız 6 illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dünya çempionatında 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət