İngiltərə Premyer Liqasında daha 4 koronavirusa yoluxma aşkarlanıb

İdman

28.05.2020 - 06:42

Adları açıqlanmayan həmin şəxslər bir həftəlik karantinə alınıb

 

İngiltərə Premyer Liqası futbolçu və klub əməkdaşlarının koronavirus testindən keçirilməsinin 3-cü mərhələsini başa vurub.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, müayinədə ümumilikdə 1008 oyunçu və əməkdaş yoxlanılıb. 

 

Mayın 25-26-na təsadüf edən yoxlamada dörd test müsbət nəticə verib. Bu isə o deməkdir ki, üç klubu təmsil edən bu “dördlük”də koronavirus aşkarlanıb. Adları açıqlanmayan həmin şəxslər bir həftəlik karantinə alınıb. 

 

Qeyd edək ki, birinci mərhələdə 6, ikincidə 2 test müsbət nəticə verib.

Müəllif: Ayna.az