Ulduz futbolçu Qətər klubunda

İdman

25.12.2019 - 05:05

Müqavilənin müddəti və digər detallar açıqlanmır

 

Xorvatiyalı futbolçu Mario Mancukiçin transferi rəsmiləşib.

 

AYNA-nın məlumatına görə, hücumçu İtaliya “Yuventus”undan Qətərin “Əl-Duhail” klubuna keçib.

 

O, artıq yeni komandası ilə müqavilə imzalayıb. Lakin nə müqavilənin müddəti, nə də digər detalları açıqlanmır.

 

Hərçənd KİV-in iddiasına əsasən Turin klubu 33 yaşlı futbolçunun transferindən 5,5 milyon avroya yaxın qazandığını iddia edir.

 

Qeyd edək ki, M.Mancukiç cari mövsümün “Yuventus”un heyətində heç bir oyuna çıxmayıb.

Müəllif: Ayna.az