“Kanal 1873” Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilib
Azərbaycanda ilk peşəkar teatr kanalı fəaliyyətə başlayıb. AYNA xəbər verir ki, kanal "YouTube" sosial paltforması üzərindən yayımlanır.
“Kanal 1873” Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilib. Kanalda teatr və ümumilikdə mədəniyyətlə bağlı maarifləndirici, əyləncəli proqramlar yayımlanacaq. Eyni zamanda, kanalda tamaşaların və filmlərin nümayişi də nəzərdə tutulur.