Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılıb
Bu gecə vəfat edən Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilib. AYNA.AZ xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, sənət yoldaşları iştirak ediblər.
Vida mərasimindən sonra Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!