"Çin liderinin Şimali Koreyaya səfər edəcəyini göstərən kəşfiyyat məlumatları almışıq"
Çin lideri Si Cinpin tezliklə Şimali Koreyaya səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrindən biri bildirib ki, "Çin lideri Si Cinpinin tezliklə Şimali Koreyaya səfər edəcəyini göstərən kəşfiyyat məlumatları almışıq".
Başqa bir rəsmi şəxs səfərin may ayının sonu və ya iyunun əvvəlində baş tuta biləcəyini bildirib.
Qeyd edək ki, rəsmi Seul Çin xarici işlər naziri Vanq Yinin aprel ayında Şimali Koreyaya səfər etdiyini bəyan edib.