Yol polisi sürücülərə müraciət edib

Xəbərlər

14.02.2026 - 13:12

“Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır”

Şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axınının artması səbəbindən Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərdən əvvəl təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

“Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir. Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş