Yol polisi Goranboyda reyd keçirib

Xəbərlər

02.05.2021 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

15-ə yaxın sürücü məsuliyyətə cəlb edilib

 

Yol polisi Goranboyda reyd keçirib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

 

Reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəlb edilib.

 

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş