Hadisə nəticəsində xəsarət alanlar var
Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.