Murad Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, "Hyundai" markalı avtomobilin betonqarışdıran yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Elçin oğlu Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.