Yerə təhlükə yaxınlaşır

Xəbərlər

06.03.2020 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır

 

Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq. AYNA xəbər verir ki, astronomların bildirdiyinə görə, onun Yer ilə toqquşması istisna olunur.

 

52768 (1998 OR2) nömrəli asteroid planetimizə 29 aprel tarixində daha çox yaxınlaşacaq. Həmin gün o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.

 

NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.

 

Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş