İmtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunacaq
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən IX və XI sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçiriləcək.
DİM-dən AYNA-ya bildirilib ki, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunacaq.
İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək. İmtahanlar saat 11:00-da başlanır.