Yəmən sahillərində Britaniyaya məxsus gəmiyə hücum edilib

Dünya

02.09.2024 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Gəmi iki naməlum mərmi ilə hücuma məruz qalıb

Yəmənin Əs-Salif sahilindən 70 dəniz mili şimal-qərbində ticarət gəmisi hücuma məruz qalıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, gəmi iki naməlum mərmi ilə hücuma məruz qalıb. Ekipaj zərəri aradan qaldırmaq üçün çalışır.

Qeyd edilib ki, göyərtədə ölən və yaralananlar yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş