Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri iyulun 1-i səhər saatlarında dəfn olunmaq üçün Ağcabədiyə gətirilib.
AYNA.AZ xəbər verir ki, Ağcabədi şəhərinin Xəlfəddin küçəsində baş tutacaq vida mərasimindən sonra mərhumlar valideynlərinin də dəfn olunduğu Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə basqın ediblər. Əməliyyat zamanı iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.