Yaşıllıqlara 13 min manatdan çox ziyan dəyib

Xəbərlər

30.08.2025 - 16:14

Son bir həftə ərzində Bakıda və İsmayıllıda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb

Son bir həftə ərzində Bakıda və İsmayıllıda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bilririlib.

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi, giriş 178 ünvanında və İsmayıllı rayonu, Sədiyan kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 13 min 190 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş