Yasamalda yarımtikilidə narkotik aludəçiləri saxlanılıb

Xəbərlər

04.08.2025 - 11:37

Saxlanılanlardan ikisi kişi, ikisi qadındır

Bakının Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş