Yasamalda soyğunçuluq edənlər tutulublar

Xəbərlər

25.09.2020 - 15:21

cedabet dərman SEO Xidməti

Hadisəni törədən şəxslər keçmiş məhkumlardır

 

Bakının Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, sentyabrın 23-də Yasamal rayonunun ərazisindəki parkların birində iki nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat məbləğində pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə rayon polis idarəsinin 27-ci polis bölməsinə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyənləşdirilərək saxlanılıblar. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş