Yasamalda qəza: minik avtomobili avtobusla toqquşub

Hadisə

25.12.2020 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

Sıxılı vəziyyətdə qalan iki nəfər minik avtomobilindən çıxarılıb

 

Bakının Yasamal rayonunda minik avtomobili avtobusla çırpılıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, rayon ərazisində “Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş