Yaşadığı yeri tərk edən COVID-19 xəstəsi saxlanılıb

Xəbərlər

25.04.2021 - 20:53

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşları təcili yardım vasitəsilə onu yaşadığı mənzilə qaytarıblar

 

Şirvanda evini tərk edən COVID-19 virusuna yoluxan şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Qeyd edilib ki, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Abdullayev Amid Rəhman oğlu COVID-19 testinin nəticəsi pozitiv olduğu halda yaşadığı ünvanı tərk etdiyindən polis tərəfindən saxlanılıb.

 

Xüsusi mühafizə geyimində olan polis əməkdaşları təcili yardım vasitəsilə onu yaşadığı mənzilə qaytarıblar. Polis əməkdaşları tərəfindən həmin şəxslə profilaktik söhbətlər aparılıb, ona izah edilib ki, bu hərəkətləri ilə o, digər sağlam şəxsləri yoluxdurmaqla virusun yayılmasına risklər yaradır.

 

Faktla bağlı polis şöbəsində tədqiqat başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş