Yardımlıda inzibati binada yanğın olub

Hadisə

02.09.2025 - 20:46

İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub

Yardımlı şəhərində yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 208 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 1 otağının tavanı 25 m² sahədə və 12 ədəd stul yanıb.

İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş