Yaponiyanın Rusiyaya qarşı sanksiyaları davam edəcək

Dünya

12.11.2024 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı: “Ukraynada münaqişə davam etdiyi müddətdə Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək”

“Ukraynada münaqişə davam etdiyi müddətdə Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Yaponiyanın Xarici İşlər Nazirliyinin rəhbəri Takeşi İvaya deyib.

“Mövcud vəziyyət dəyişməyincə, bizim Rusiya Federasiyasına qarşı sərt sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmır”, - deyə nazir söyləyib və əlavə edib ki, rəsmi Tokio Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli münasibətləri qurmağa hazır olması barədə sözlərini “bir qədər müsbət” hesab edir.

İyunun 21-də Yaponiya hakimiyyəti Rusiyanın fiziki və hüquqi şəxslərinin sanksiya siyahısını genişləndirib. Onun tərkibinə daha 11 vətəndaş və 41 Rusiya təşkilatı, o cümlədən Rusiya Mərkəzi Seçki Komissiyasının 6 nümayəndəsi - katib Natalya Budarina və komissiyanın 5 üzvü daxil edilib.

Rəsmi Tokionun davam edən anti-Rusiya sanksiyalarına cavab olaraq, Moskva 13 Yaponiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Müəllif: Ayna.az