Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb

Xəbərlər

02.03.2026 - 14:40

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb”

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar viza üçün sənədlərin qəbulu prosesini müvəqqəti dayandırıb. AYNA.Azxəbər verir ki, bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş