Aomori və Miyagidəki nüvə stansiyalarında hər hansı mənfi hal yaşanmayıb
Yaponiyanın şimal-şərqində 6 bal gücündə zəlzələ baş verib.
AYNA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Aomori vilayətinin Haşikami rayonunda qeydə alınıb.
50 kilometr dərinliyə malik olan zəlzələ Aomori, İvate, Miyagi vilayətləri, eləcə də, şimaldakı Hokkaido adasında hiss edilib.
Dağıntı yoxdur. Aomori və Miyagidəki nüvə stansiyalarında hər hansı mənfi hal yaşanmayıb. Sunami xəbərdarlığı elan olunmayıb.