Yaponiya sahillərində 5,8 maqnitudada zəlzələ olub

Dünya

14.09.2024 - 07:19

Həkimlər Klinikalar SEO Xidməti

Yaponiya sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb. AYNA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 555 min insanın yaşadığı Kaqosima şəhərindən (Küsü adası) 200 km cənub-şərqdə, zəlzələ ocağı 28 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş