“Nümayəndəlik Tokio ilə Şimali Atlantika Alyansı arasında əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına töhfə verməyə imkan verəcək”
Yaponiya NATO-da Yaponiyanın Belçikadakı səfirliyindən müstəqil nümayəndəlik açıb. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Yaponiya XİN-in məlumatına görə, NATO-dakı missiyanın təntənəli açılışı bir gün əvvəl, yanvarın 15-də baş tutub.
“Bu nümayəndəliyin açılması Yaponiyaya NATO ilə daha səmərəli əməkdaşlıq etməyə və Tokio ilə Şimali Atlantika Alyansı arasında əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına töhfə verməyə imkan verəcək”, - deyə məlumatda vurğulanıb.