YAP-ın qurultayı keçirildi: İlham Əliyev yenidən sədr seçilib

Xəbərlər

05.03.2021 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Paryiyanın Siyasi Şurası ləğv olunub, Veteranlar Şurası yaradılıb

 

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı baş tutub. AYNA-nın xəbərinə görə, partiyanın sədri, Prezident İlham Əliyev qurultaya videoformatda qatılıb.

 

Qurultayda hakim partiyanın İdarə Heyətinin və Siyasi Şurasının tərkibinin dəyişdirilməsi məsələsinə baxılıb. 40 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşdırılıb. Bununla yanaşı, partiyanın Nizamnaməsinə dəyişiklik edilib, Siyasi Şura ləğv olunub.

 

Eyni zamanda YAP Veteranlar Şurası yaradılıb ki, sabiq deputat Arif Rəhimzadə sözügedən qurumun sədri seçilib.

 

Qurultayda bir neçə partiyanın YAP-a birləşməsi qərarına da baxılıb.

 

Tədbirdə Prezident İlham Əliyev yenidən YAP-ın sədri seçilib.

 

VII qurultayda Qadınlar Şurasının sədri Nurlana Əliyevanın yerinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş