YAP-ın MSK üzvlüyünə namizədləri bəlli oldu

Xəbərlər

23.04.2021 - 17:12

Həkimlər Klinikalar SEO Xidməti

Hakim partiya 8 namizəd müəyyənləşdirib

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri məlum olub. AYNA bildirir ki, bu barədə bu gün YAP İdarə Heyətinin iclasında qərar verilib.

 

Hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov,  Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.

 

Qeyd edək ki, yeni seçilən Milli Məclisdə çoxluq YAP-dadır. Hakim partiya parlamentdə 70 deputatla təmsil olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş