Əli Əhmədov: “Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək”
“Ermənistanın törətdiyi terror hadisəsi onların iç üzünü göstərdi. Bizim qarşımızda duran vəzifə də ondan ibarətdir ki, dünyaya erməni xislətini olduğu kimi göstərək”. AYNA xəbər verir ki, bu sözləri Baş Nazirin müavini Əli Əhmədov Gəncədə jurnalistlərə açıqlamasında bildirib.
Ə.Əhmədov deyib ki, erməni siyasətçilərinin “maskası” artıq yırtılır: “Yeni Azərbaycan Partiyası dünyanın bir çox ölkələrinin partiyaları ilə əməkdaşlıq edir və Gəncə hadisələri ilə bağlı məqamlar da onlara çatdırılır”.
“Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcək. Valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib. Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək”, - deyə Ə.Əhmədov əlavə edib.