YAP-da iclas - Hakim partiya İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Xəbərlər

15.12.2023 - 11:50

YAP-ın növbədənkənar seçkilərdə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələri müəyyənləşib

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. AYNA xəbər verir ki, iclasda YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2023-cü ilin Azərbaycan xalqının taleyinə uğurlu il kimi düşdüyünü deyib. O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlərə imza atıb.

“İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir”. Bu sözləri isə, YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov deyib: “Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul ediləcək. Bu gün Azərbaycan dünyanın ən hörmətli dövlətlərindən biridir. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin fəaliyyəti haqqında saatlarla danışmaq olar. Azərbaycan xalqı bu gün görülən işlərin şahididir. Prezident İlham Əliyev 20 illik fəaliyyəti ilə Azərbaycan xalqının arzu-istəklərini yerinə yetirib”.

İclasda YAP 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb. Hakim partiyanın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olub.

Bununla yanaşı, YAP-ın növbədənkənar seçkilərdə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələri müəyyənləşib. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə namizədin səlahiyyətli nümayəndələri təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Həmçinin YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb. Qərargah 21 nəfərdən ibarət tərkibdə yaradılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş