Yanvarın 28-nə hava proqnozu

Xəbərlər

27.01.2020 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək

 

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.  

 

Azərbaycanın rayonlarında

 

Yanvarın 28-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Yanvarın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş