Yanvarda 16 min 391 elektron arayış alınıb

Xəbərlər

12.02.2025 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

2025-ci ilin yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 16 min 391 elektron arayış alınıb.

Fonddan AYNA-ya bildirilib ki, bu arayışların 4 min 546-sı pensiya, 6 min 924-ü müavinət və təqaüd, 2 min 951-i fərdi şəxsi hesab, 840-ı ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 188-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 392-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 535-i əlilliyi olan şəxslərə qulluq ilə bağlı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş